Şöhrət Zalının üzvü olan məşqçi öldü
SSRİ-nin əməkdar məşqçisi və Beynəlxalq Xokkey Federasiyasının (IIHF) Şöhrət Zalının üzvü Yuri Korolyov 91 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə Rusiya Xokkey Federasiyasının (RIHF) mətbuat xidməti məlumat verib. Ölüm səbəbi açıqlanmayıb.
Korolyov 2011-ci ildə IIHF Şöhrət Zalına daxil edilib və bir il əvvəl beynəlxalq federasiya ona “IIHF və beynəlxalq xokkeyə görkəmli töhfələrinə görə” Pol Loik mükafatını verib. 2004-cü ildə o, Rusiya Xokkey Şöhrət Zalına daxil edilib.
Aut.az
