Əfsanə Şöhrət Zalına daxil edildi
Məşhur çex xokkeyçisi Yaromir Yaqr Beynəlxalq Xokkey Federasiyasının (IIHF) Şöhrət Zalına daxil edilib.
Aut.az xəbər verir ki, 52 yaşlı əfsanə bu gün, mayın 26-da Şöhrət Zalına daxil edilib.
Yaqr “Pittsburq”da iki dəfə Stenli Kubokunu qazandı (1991, 1992), MXL müntəzəm mövsümündə xallara görə ikinci yerdədir – 1921 (766 qol və 1155 asist).
Çexiya millisi ilə olimpiya çempionu (1998) və iki dəfə dünya çempionu (2005, 2010) olub.
Yaşına baxmayaraq, Yaqr vətənində “Kladno” klubunda çıxış edir.
Aut.az
