İngiltərə

“Çelsi”nin 100 milyonluq planı uğursuz olacaq: ÇL-ə vəsiqə qazanmasalar

“Çelsi” yay transfer dönəmində “Aston Villa”nın cinah oyunçusu Morqan Rocersi heyətinə qatmaqda çətinliklə üzləşə bilər.

Aut.az xəbər verir ki, İngiltərə millisinin üzvünü transferə razı salmaq üçün Çempionlar Liqasına vəsiqə əsas amil hesab olunur.

“Villa” futbolçu ilə yaxın zamanda müqavilə uzatsa da, Rocers üçün 100 milyon funt və ya daha artıq məbləğ tələb edə bilər. Lakin Rocers, əgər “Çelsi” mövsümü ilk beşlikdə başa vuraraq avrokuboklara vəsiqə qazana bilməsə, London klubuna keçməyə bilər.

Aut.az