“Liverpul” supertransferə hazırlaşır: Razılıq verildi
Niderlandlı müdafiəçi Micky van de Ven karyerasını “Liverpul” klubunda davam etdirə bilər.
Aut.az xəbər verir ki, TopSkills Sport UK-nin məlumatına görə, hazırda “Tottenhem”in formasını geyinən mərkəz müdafiəçisi transferə razılıq verib və müqavilə şərtləri onun üçün həlledici amil sayılmır. Mənbə bildirir ki, klublar artıq transferlə bağlı danışıqlara başlayıblar.
Van de Ven cari mövsümdə klub səviyyəsində bütün turnirlərdə 33 matçda iştirak edib. O, bu görüşlərdə 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
