Duran əfsanələrə çatdı
“Qarabağ”ın futbolçusu Kamilo Duran Çempionlar Liqasında kolumbiyalı futbolçuların tarixi nailiyyətini təkrarlayıb.
Aut.az xəbər verir ki, o, həmyerliləri Radamel Falkao və Cekson Martinesin qitənin bir nömrəli klub turnirində 5 qolluq rekordunu təkrarlayıb. Sözügedən hücumçular ÇL-in əsas mərhələsində bir mövsüm ərzində ən çox qol vuran kolumbiyalı oyunçu statustuna malik idilər.
Lakin Duran “Qarabağ”ın “Nyukasl”la pley-off mərhələsinin cavab matçında fərqlənməklə bu rekordu təkrarlayıb. O, cari mövsüm turnirdə 5 dəfə fərqlənib. 24 yaşlı futbolçu “sağsağanlar”la yanaşı “Ayntraxt”ı 2 dəfə məyus edib, “Ayaks” və “Benfika” ilə görüşlərdə 1 qol vurub.
Bundan əlavə, Duran Çempionlar Liqasında ən çox qol vuran kolumbiyalı futbolçuların siyahısında “ilk onluğ”a daxil olub. O, 5 qolla Luis Muriel, Felipe Pardo və Xames Rodrigeslə birlikdə 5-8-ci sıraları bölüşür. Kamilo həmyerlilərindən daha az sayda oyun keçirməklə bu qədər fərqlənib. Siyahıya aktivində 13 qolu olan “Bayern”in vingeri Luis Dias başçılıq edir.
Aut.az
