Hokkey

ABŞ yığması Trampın dəvətini rədd etdi

ABŞ prezidenti Donald Tramp Olimpiya çempionu olan ABŞ-ın kişi və qadın xokkey komandalarına dəvət göndərib.

Aut.az NBC-yə istinadən xəbər verir ki, ABŞ-ın qadın xokkey komandası Prezident Donald Trampın dəvətini rədd edib.

Oyunçuların “əvvəlcədən planlaşdırılan öhdəliklər” səbəbindən dəvətdən imtina etdikləri bildirilib.

“Qızıl medal qazanan ABŞ qadın xokkey komandamıza dəvətə görə səmimi qəlbdən minnətdarıq və onların fövqəladə nailiyyətlərinin tanınmasını dərindən qiymətləndiririk.

Vaxt məhdudiyyətləri və Oyunlardan sonra əvvəlcədən planlaşdırılan akademik və peşəkar öhdəliklər səbəbindən idmançılar dəvəti qəbul  edə bilmirlər. Onlar dəvətdən şərəf duydular və bu hörmətə görə minnətdardırlar”, – komandanın açıqlamasında deyilir.

Aut.az