Dünya futbolu

Çox su bitkini öldürür: Ronaldo bunu Ançelottiyə niyə deyib?

Hazırda Braziliya milli komandasında çalışan məşhur məşqçi Karlo Ançelotti Kriştiano Ronaldo haqqında danışıb.

Aut.az xəbər verir ki, “Cadena SER”in məlumatına görə, Ançelotti deyib: “Ronaldo mənim indiyə qədər birlikdə işlədiyim ən peşəkar futbolçulardan biridir. O, bir dəfə mənə dedi  ki, çox su bitkini öldürür. Futbol fiziki cəhətdən çətin olsa da, sağalma çox vacibdir. Bir çox futbolçu həddindən artıq yükləndiyi üçün zədə alır”.

41 yaşlı Kriştiano Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. Portuqaliyalı ulduzun müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Ronaldo karyerası ərzində beş dəfə “Qızıl top” mükafatını qazanıb.

Aut.az