“Real”a şok xəbər: Bellinqemin zədəsi ciddidir
“Real”ln yarımmüdafiəçisi Cud Bellinqemin zədədən sonra nə vaxt meydanlara qayıdacağını hələ dəqiq bilmir.
Aut.az xəbər verir ki, ingiltərəli futbolçu fevralın 1-də La Liqa çərçivəsində “Rayo Valyekano”ya qarşı keçirilən oyunda zədələnib. Ona budun arxa əzələsində zədə diaqnozu qoyulub.
“Diario AS” nəşrinin məlumatına görə, Madrid klubunda yarımmüdafiəçinin qayıdış tarixi ilə bağlı hələ də tam əminlik yoxdur. İlkin proqnozlara əsasən, Bellinqemin təxminən 4 həftə meydanlardan uzaq qalacağı gözlənilirdi.
Lakin indi onun zədə səbəbindən daha uzun müddət oynamayacağı gözlənilir.
Aut.az
