İngiltərə

Qvardioladan oyunçularına: Bu içkilərdən için, həyatdan zövq alın

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Lids”lə oyundan əvvəl oyunçularına yaxşı istirahət etməyə icazə verdiyini bildirib.

Aut.az xəbər verir ki, “Lids”lə oyun 28 fevralda Premyer Liqanın 28-ci turu çərçivəsində keçiriləcək.

“Oyunçularıma dedim: kaypirinya, daykiri için… Həyatdan zövq alın! Və sonra” Lids”lə oyundan əvvəl çox məşq edin”, – ispan məşqçisinin sözlərini insayder Fabritsio Romano deyib. “Mançester Siti” dünən “Nyukasl”ı 2-1 hesabı ilə məğlub edərək lider “Arsenal”la fərqi bir xala endirib, lakin londonluların ehtiyatda bir oyunu var.

Aut.az