Boks

Usikin rus idmançılara münasibəti bəlli oldu

Ağır çəkidə boks üzrə keçmiş şəksiz dünya çempionu Aleksandr Usik Rusiya Federasiyasından olan idmançılar haqqında fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Usik bu barədə özlərini Polşa prezidenti kimi təqdim edən prankerlər Vovo və Leksusa danışıb.

“Qulaq asın, mənim bununla bağlı heç bir problemim yoxdur, bu, sadəcə mənim fikrimdir. Məşq etməliyəm, qalib gəlməliyəm. Əgər bu, sadəcə məşq edən və işləyən idmançıdırsa, problem deyil. Məşq edəcəyəm, döyüşəcəyəm və qalib gələcəyəm”.

Aut.az