Transgenderlərin Parisdə rinqə buraxılması onu qəzəbləndirdi: Şeytan əməlidir
Rusiyalı peşəkar boksçu, WBC üzrə dünya çempionu Qriqori Drozd hesab edir ki, Parisdə keçirilən Olimpiya Oyunlarında çıxış edən transseksual qadınlar kişilərlə yarışmalıdır.
Aut.az xəbər verir ki, Drozd bu barədə “News.ru”ya bildirib .
“Dəlilikdir. Qoy bu transgenderlər kişilər arasında dursunlar. Bunu anlamaq mənim üçün çətindir. Fiziki hissəyə gəlincə, hamımız gözəl başa düşürük ki, kişilər təbiətcə qadınlardan qat-qat güclüdürlər.
Ümumiyyətlə, bu, sadəcə dəlilikdir. Normal, ağlı başında olan, təhsilli adamın bu haqda fikir bildirməsi çətindir. Belə şeylərə şərh vermək çox çətindir. Məncə bu tam dəlilikdir, bu dəlilikdir, şeytan əməlidir. Hesab edirəm ki, bu, nə idmanda, nə də həyatda baş verməməlidir”, – Drozd bildirib .
Paris Olimpiadasının təşkilatçıları keçmiş kişilərin qadın boks turnirində iştirakına icazə veriblər. 2023-cü ildə əlcəzairli İman Xelif və tayvanlı Lin Yutinq gender testindən keçə bilməyiblər və dünya çempionatından diskvalifikasiya ediliblər. BOK isə bu boksçuların qadın olduğunu və yarışa biləcəyini bildirib.
Aut.az
