Çempionlar LiqasıAzərbaycan futbolu

Sabiq “Tottenhem”linin “Qarabağ”-“Nyukasl” oyunu ilə bağlı proqnozu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” “Nyukasl Yunayted”i qəbul edəcək.

Aut.az xəbər verir ki, “Tottenhem”in keçmiş hücumçusu Roman Pavlyuçenko qarşıdakı oyun üçün proqnozunu açıqlayıb.

“Stavka TV” futbol mütəxəssisinin sözlərini sitat gətirib:

“Nyukasl” oyunçu seçimi və ümumi performans baxımından daha güclü görünür. Mübarizə və təzyiqlə, bəlkə də gərgin sonluqla çətin bir oyun olacaq, amma inanıram ki, “sağsağanlar” qələbə qazana biləcəklər”.

“Qarabağ” – “Nyukasl” matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Aut.az