İngiltərə

Premyer Liqa Ramazanla bağlı qərar verdi: Fasilə olacaq

İngiltərə Premyer Liqası müsəlmanların müqəddəs Ramazan ayında xüsusi fasilələri bərpa edəcək.

Aut.az xəbər verir ki, İngiltərənin elit və digər divizionlarındakı oyunlar dayandırılacaq ki, müsəlman futbolçular iftar başladıqdan və gün batdıqdan sonra su içə və qəlyanaltı yeyə bilsinlər.

Xatırladaq ki, Ramazan bu həftə, 19 fevralda başlayır və bir ay davam edəcək. Bu ay ərzində müsəlmanlar ənənəvi olaraq sübh azanından gün batana qədər yemək və içməkdən çəkinirlər.

Aut.az