Endrik bu mükafatı qazandı
Fransa Liqa 1-də ayın futbolçusu mükafatının qalibi elan olunub.
Aut.az xəbər verir ki, fəxri mükafat uğrunda mübarizədə “Lion”un hücumçusu Endrik komanda yoldaşı Pavel Şults və “Marsel”in forvardı Meyson Qrinvudu qabaqlayıb.
Qeyd edək ki, 19 yaşlı Endrik qış transfer pəncərəsində “Real”dan mövsümün sonuna qədər icarə əsasında “Lion”a keçib. O, Fransa klubunun heyətində debütünü yanvarın 11-də edib. Gənc braziliyalı Liqa 1-də keçirdiyi 4 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Aut.az
