Dünya futbolu

Ançelottiyə Neymarla bağlı məsləhət verdilər, bu cavabı aldılar

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti Braziliyada keçirilən karnavalda iştirak edib.

Aut.az xəbər verir ki, jurnalistlər karnavalda italiyalı mütəxəssisdən Neymarın 2026-cı il Dünya Kubokunda iştirakı ilə bağlı soruşublar.

Jurnalistlər Ançelottiyə futbolçuya zəng etməyi məsləhət görüblər.

“Məsləhətiniz üçün təşəkkür edirəm” deyə məşqçi cavab verib.

Daha əvvəl Ançelottinin Braziliya milli komandası ilə müqaviləsini uzadacağı bildirilmişdi.

DÇ-2026-da Braziliya Mərakeş, Haiti və Şotlandiya ilə bir qrupa düşüb.

Aut.az