Dünya futbolu

Endirikin cəzası dəyişdirildi

“Lion”un hücumçusu Endrikin qırmızı vərəqəsi ilə bağlı epizod araşdırılıb.

Aut.az xəbər verir ki, braziliyalı futbolçu Fransa çempionatında “Nan”la (1:0) keçirilən son oyunda meydandan qovulmuşdu.

İntizam komissiyasının iclasında qırmızı vərəqənin sarı ilə əvəzlənməsinə qərar verilib. Bu, 19 yaşlı futbolçu üçün ikinci sarı vərəqə hesab olunur. Beləliklə, Endrik bir matçlıq cəzaya məruz qalacaq.

Braziliyalı hücumçu bu qış “Real”dan “Lion”a keçib və icarə müqaviləsi imzalayıb. Fransız komandasının heyətində Endrik 4 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az