İspaniya

“Real”ın investorlardan tələbi: Bu işə dəstək verməlisiniz

“Real Madrid”in istənilən potensial investoru klubun uzunmüddətli strategiyasını, o cümlədən Avropa Super Liqasında iştirakını dəstəkləməlidir.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” qəzetinin jurnalisti Gilyermo Rai sosial mediada məlumat verib. Daha “Barselona” Super Liqa layihəsindən çıxıb. Bu, “Real Madrid”in layihədə tək qalması deməkdir.

Yeni Avropa futbol turnirinin yaradılması barədə elan 2021-ci ildə verilib. “Barselona” Super Liqanın 12 təsisçi üzvündən biri idi. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) layihəni tənqid etdi və bütün iştirakçı klubların yerli, Avropa və qlobal yarışlardan kənarlaşdırılacağını bildirdi.

Aut.az