Dünya futbolu

Benzema Ronaldonu belə ələ salıb: Mesaj yazıb ki…

Kərim Benzema “Əl-İttihad”dan “Əl-Hilala” transfer olunandan sonra “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu lağa qoyub.

Portuqaliyalı futbolçu daha əvvəl Səudiyyə Ərəbistanı liqasında “Əl-Riyad” və “Əl-İttihad”la oyunları buraxmışdı. Digər məsələlərlə yanaşı, Ronaldo “zərərli rəqabət” səbəbindən Benzemanın “Əl-Hilala” keçidinə qarşı çıxmışdı.

Aut.az xəbər verir ki, “The Telegraph” qəzeti iddia edir ki, Benzema transferdən sonra Ronaldoya mesaj göndərib.

“Əl-Hilal”a keçdikdən sonra Benzema Ronaldoya mesaj yazıb.  Kərim zarafatla qeyd edib ki, təkcə maaşının artırılması ilə kifayətlənməyəcək, həm də yenidən titul qazanmağa hazırlaşır”, – nəşr yazıb.

Aut.az