Türkiyə

“Fənərbağça”dan Taliska qərarı – Rəsmi

Anderson Taliska “Fənərbağça” ilə yeni müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, bu barədə xəbər Türkiyə klubunun saytında dərc olunub. Yeni müqaviləyə əsasən, braziliyalı yarımmüdafiəçi 2028-ci ilin yayına qədər “Fənərbağça”nın rənglərini qoruyacaq. Taliska 2025-ci ilin yanvar ayından Türkiyədə oynayır.

Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 33 oyun keçirib, 19 qol vurub və dörd məhsuldar ötürmə edib. Türkiyə çempionatının 20 turundan sonra “Fənərbaxça” turnir cədvəlində “Qalatasaray”dan altı xal geridə qalaraq ikinci yerdədir.

Aut.az