Basketbol

Müharibəyə aparmaq istəyirmişlər: ABŞ-a qaçan rus basketbolçu: danışdı

Rusiyadan ABŞ-a qaçan “Lokomotiv-Kuban”ın sabiq futbolçusu Kirill Yelatontsev Krasnodar komandasında üzləşdiyi problemlərdən danışıb.

Aut.az xəbər verir ki, onun sözlərini “Sport-Express” sitat gətirib:

Oyunçunun sözlərinə görə, klubun idman direktoru Viktor Meleşenko ona çağırış vərəqi verməyə çalışıb.

“Nə baş verdiyini tam başa düşmədiyim və möhlət hüququm olduğunu bildiyim üçün bildirişdən imtina etdim. Meleşenko bir neçə şahidi çağırdı və imtinamı rəsmiləşdirdi”, – deyə Yelatontsev bildirib.

Basketbolçu əlavə edib ki, ona qarşı cinayət işi açmaq istəyiblər. “Sankt-Peterburqda müstəntiqə ifadə verdikdən sonra onlar iş açmamaq qərarına gəldilər. Vəkillərim bu məsələdə mənə kömək etdilər”, – deyə oyunçu bildirib.

Aut.az