Basketbol

“Gəncə” daha bir oyunçunu heyətinə qatdı

“Gəncə” daha bir basketbolçunu heyətinə qatıb.

Aut.az xəbər verir ki, ABŞ-dan olan Erik Koups mövsümün sonuna kimi komandanın şərəfini qoruyacaq.

Təcrübəli oyunçu daha əvvəl Albaniya, Gürcüstan, Rumıniya, Macarıstan, Kosovo və İsraildə oynayıb. Koupsun son klubu “Elitzur Yavne” (İsrail) olub.