Siyahıda 3 nəfərin adı var: Qvardiola getsə…
Pep Qvardiola “Siti”ni tərk etsə, onu əvəz edəcək namizədlərin siyahısında 3 nəfərin adı var.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat verib.
Bildirilir ki, siyahıda Alonso, Enzo Mareska və Fabreqasın adları var. “Bayern”in məşqçisi Vinsent Kompaniyə gəldikdə isə Münhen klubu ilə əlaqəli mənbələr belçikalı futbolçunun bu yay İngiltərəyə qayıtmağa razı olacağını düşünmürlər.
“Mançester Siti”də əvvəllər Roberto De Zerbi də bəyənilirdi, amma indi italyan mütəxəssis “Marsel”də çətinliklərlə üzləşir.
Aut.az
