İngiltərə

Görün Cerrard Ekitikeni kimə bənzədir

“Liverpul”un sabiq kapitanı Stiven Cerrard “qırmızılar”ın hücumçusu Uqo Ekitike ilə bağlı fikirlərini bildirib.

Aut.az xəbər verir ki, “Daily Mail” qəzeti Cerrardın sözlərini sitat gətirib:

“O, mənə Torresi xatırladır. Uqo da eyni qolları vurur, onu tutmaq çətindir, rəqiblər üçün çox təhlükəlidir”.

Xatırladaq ki, 31 yanvar tarixində “Liverpul” evdə “Nyukasl”ı 4-1 hesabı ilə darmadağın edib.

Ekitike iki qol vurub. Bu mövsüm fransız futbolçu Premyer Liqada 21 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az