Basketbol

Əfsanənin başı dərddə: Uşağın atası odur?

Basketbolun Şöhrət Zalının üzvü və NBA çempionu Pol Pirs atalıq iddiası ilə məhkəməyə verilib.

Aut.az xəbər verir ki, TMZ-nin məlumatına görə, 48 yaşlı keçmiş oyunçuya qarşı iddianı Printsess Santyaqo qaldırıb və o, Pirsin onun doğulmamış uşağının atası olduğunu iddia edir.

Mənbənin məlumatına görə, sənədlər 12 yanvarda təqdim edilib. Santyaqo məhkəmədən Pirsin uşağın bioloji atası olub-olmadığını müəyyən etmək üçün genetik testdən keçməsinə məcbur edilməsini istəyir.

“Məsələni gizli şəkildə həll etmək üçün bir neçə cəhddən sonra atalıq üçün müraciət etdim. Pol Pirs oğlum Kinqin atasıdır və mən sadəcə həqiqəti təsdiqləmək üçün DNT testi tələb edirəm. Bu, drama və ya diqqət üçün deyil – bu, uşağımın gələcəyi üçün məsuliyyət və narahatlıq məsələsidir”, – qadın deyib.

Pirs və keçmiş basketbolçunun nümayəndələri hələlik vəziyyətlə bağlı şərh verməyiblər.

Aut.az