“Barsa”nın stadionunda siçovullar gəzir – VİDEO
Çempionlar Liqasının 8-ci turunda keçirilən “Barselona”-“Kopenhagen” oyundan əvvəl “Kam Nou” stadionunda siçovullar aşkar edilib.
Aut.az xəbər verir ki, “Barsa” iki ildən çox davam edən təmirdən sonra 2025-ci ilin noyabr ayının sonunda təmir olunmuş stadionuna qayıtmışdı. Bu arada, bir neçə gün əvvəl “Kamp Nou” stadionunu dam örtüyünün sızması səbəbindən su basmışdı və indi gəmiricilər aşkarlanıb.
Mətbuatda Kataloniya klubunun stadionun modernləşdirilməsinə artıq 1,5 milyard avro xərclədiyi bildirilir. Stadionun yenidənqurma işlərinin 2027-ci ilə qədər tam başa çatacağı gözlənilir.
Aut.az
