Almaniya

“Bavariya” ondan cavab gözləyir

“Bavariya”nın idman direktoru Maks Eberl müdafiəçi Dayot Upamekanonun gələcəyi ilə bağlı fikirlərini bildirib.

Aut.az xəbər verir ki, 27 yaşlı fransız futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi mövsümün sonuna qədərdir. Jurnalist Florian Plettenberq Eberlin sözlərini sitat gətirərək bildirib:

“Biz Upamekanodan cavab gözləyirik”.

Daha əvvəl mətbuatda “Bavariya”nın Upamekanoya yeni müqavilə təklifini yaxşılaşdırmayacağı barədə məlumatlar yayılmışdı. Dayot Upamekano “Bavariya”da ümumilikdə 176 oyun keçirib, 6 qol vurub və komanda yoldaşlarına 11 məhsuldar ötürmə edib.

Aut.az