Almaniya

Camal əməliyyat olundu

“Bayern” klubunun yarımmüdafiəçisi Camal Musiala ABŞ-da keçirilən klublararası dünya çempionatında ağır zədədən sonra əməliyyat olunub.

Aut.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İyul 5-də PSJ klubuna qarşı keçirilən oyunda (0:2) Musiala rəqib qapıçı Canluici Donnarumma ilə toqquşma nəticəsində baldır sümüyünü sındırıb

Əməliyyat uğurla keçib. İyulun 8-dən yarımmüdafiəçi bərpa prosesinə başlayacaq. Futbolçunun tam sağalması bir neçə ay çəkəcək.

Aut.az