Formula 1

Yeni qaydalar Ferstappeni şoka salıb?

Formula 1 üzrə dördqat dünya çempionu Maks Ferstappen güc aqreqatı qaydalarına edilən dəyişiklikləri şərh edib.

Aut.az xəbər verir ki, yeni qaydalara əsasən, Formula 1-də mühərrik gücü daxili yanma və elektrik enerjisi (50/50) arasında bərabər bölünəcək. Bu, çempionatın elektrikləşdirilməsi istiqamətində atılan ən böyük addımdır.

“Komanda qarşıdan gələn dəyişiklikləri əvvəlcədən bilirdi, ona görə də bu, bizim üçün şok olmadı. Komanda hazır idi və bu, əlbəttə ki, yeni çağırışdır. Son üç ilin maşınlarını bəyəndim, amma bəzən dəyişiklik yaxşıdır. Bütün bunlar, əlbəttə ki, güc balansını xeyli dəyişə bilər. Görək necə gedəcək.

“Ford” ilə işləmək əla fürsətdir. Onların avtoidmanda böyük irsi var. Məncə, hamı startı səbirsizliklə gözləyir”, – “RacingNews365” sürücüdən sitat gətirib.

Aut.az