Dünya futbolu

“İnter Mayami” Libertadores kubokunda? – Maskerano deyir ki…

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano komandanın Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) keçirdiyi Libertadores Kubokunda mümkün iştirakını şərh edib.

Aut.az xəbər verir ki, Maskeranonun sözlərini “Goal” sitat gətirib.
“Əlbəttə, bizim üçün Libertadores Kubokunda iştirak etmək fantastik olardı, şəxsən mən çox həyəcanlanardım. Amma bunun mümkün olub-olmaması barədə heç bir fikrim yoxdur. Bilirəm ki, Meksika komandaları bir müddət iştirak etdilər, amma sonra dayandırdılar. Əgər belə bir imkan varsa… Amma bu, təşkilatçılardan asılı olacaq”, – Maskerano deyib.
Əvvəllər bildirilmişdi ki, “İnter Mayami”nin sahibi Xorxe Mas komandasının turnirdə iştirak etmək arzusunu ifadə edib və bunun təmin olunması üçün əlindən gələni edəcəyinə söz verib.

Aut.az