Dünya futbolu

“Qızıl buts” uğrunda mübarizə: Mbappe üçlüyə daxil oldu

Kilian Mbappe “Qızıl buts”a iddialı üç namizəd arasındadır.

Aut.az xəbər verir ki, La Liqanın 35-ci turunda “Barselona” ilə oyunda (3:4) het-trikdən sonra “Real”ın forvardı İspaniya çempionatında 27 qola imza atıb.

La Liqada vurulan hər qol üçün “Qızıl buts” reytinqinə iki xal əlavə olunur, ona görə də Mbappenin hazırda 54 xalı var.

Mükafat reytinqində lider Portuqaliya çempionatında 38 qola 57 xal toplayan “Sportinq “in hücumçusu Viktor Diokeresdir . “Liverpul”un hücumçisi Məhəmməd Salah 28 qol və 56 xalla ikincidir.

İlk beşlikdə, həmçinin çempionatlarda 25 qol vuran və 50 xal qazanan “Barselona”nın hücumçusu Robert Levandovski və “Bavariya”nın hücumçusu Harri Keyn də var.

“Qızıl buts” UEFA-nın üzvü olan milli çempionatlarda ən yaxşı bombardirə verilir. Harri Keyn mükafatı 2023/24 mövsümündə qazanıb.

Aut.az