Çempionlar LiqasıAlmaniya

Keyn İnzagini ötdü, əfsanələrin bir addımlığında

“Bavariya” klubu Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turu çərçivəsində doğma meydanda “Union”u 2:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər veirr ki, matçda münhenlilərin hücumçusu Harri Keyn dubla imza atıb.

Bu qollar onun Çempionlar Liqasındakı karyerasında 46-cı və 47-ci qolları olub. Bununla da Keyn turnirin bütün dövrlər üzrə bombardirlər siyahısında Filippo İnzaqini (46 qol) geridə qoyaraq 47-ci pilləyə yüksəlib. Ondan öndə Andrey Şevçenko, Məhəmməd Salah və Zlatan İbrahimoviç (hər biri 48 qol) yer alır.

Siyahıya isə karyerası ərzində Çempionlar Liqasında 140 qol vurmuş Kriştianu Ronaldu başçılıq edir.

Aut.az