Almaniya

Noyerlə Müller “Bavariya” rəhbərliyini dilə tutur ki…

“Bavariya”nın bəzi oyunçuları hələ də baş məşqçi Tomas Tuxelin gələn mövsüm komandada qalacağına ümid edir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Kerri Qou sosial şəbəkələrdə yazıb.

Mənbə bildirir ki, bu futbolçular arasında Manuel Noyer və Tomas Müller də var. Onlar Tuxeli saxlamaq üçün klub rəhbərliyini inandırmağa çalışırlar. Onun köməkçiləri, xüsusən də ingilis Entoni Barri futbolçular arasında çox populyardır.

Artıq “Bavariya” Tuxelin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Bildirilib ki, onu əvəzləməyə əsas namizəd Hans-Diter Flikdir. Amma onunla danışıqlar hələ ki, nəticə verməyib.

Bundan əlavə, klub daxilində Flikin qayıtmasının düzgün qərar olacağına şübhələr var. Qounun sözlərinə görə, Roberto De Zerbi və Erik ten Haqın namizədliyi də nəzərdən keçirilir, baxmayaraq ki, “Mançester Yunayted”in baş məşqçisi variantının rədd edildiyi barədə məlumatlar var idi.

Jurnalistin sözlərinə görə, digər məşqçilərlə bir neçə uğursuz danışıqlardan sonra “Bavariya” Tuxelin qalmasına icazə vermək variantını artıq nəzərdən keçirir.

Aut.az