“Liverpul” “Bavariya”nın ulduzu ilə maraqlanır: Fikri ərəblərin yanındadır
“Bavariya”nın cinah oyunçusu Kinqsli Koman “Liverpul”un maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bildirilir ki, hazırda heç bir danışıqlar aparılmır. Lakin mersisaydlılar 28 yaşlı futbolçunun vəziyyətini izləyirlər.
Bildirilirdi ki, Koman 2027-ci ilin yayına qədər müqaviləsi olmasına baxmayaraq, yayda Almaniya klubunu tərk etməyi planlaşdırır. O, hazırda Səudiyyə Ərəbistanına keçməyə üstünlük verir. Bu ölkənin 4 böyük klubu onunla maraqlanır.
“Bavariya” Komanın transferindən 30-40 milyon avro qazanc əldə etməklə yanaşı, onun illik 17-18 milyon avro olan maaşına qənaət etməyi də planlaşdırı.
Qeyd edək ki, u mövsüm fransalı futbolçu bütün turnirlərdə 34 oyun keçirib və 6 qol vurub.
Aut.az
