Ter Ştegendən emosional vida paylaşımı
Mark-Andre ter Ştegen “Barselona”dan ayrıldıqdan sonra emosional açıqlama verib.
Aut.az xəbər verir ki, qapıçı cari mövsümün sonuna kimi icarə əsasında “Jirona”ya keçib.
“Bu gün komanda yoldaşlarım və “Barselona”nın heyəti ilə mövsümün son günüdür və məndə çox qarışıq hisslər var. Hazırda xatirələr və emosiyalar məni sıxıb.
12 ilə yaxındır ki, bu klub, xüsusən də bu paltardəyişmə otağı mənim evim olub. Futbolçu və insan kimi böyüdüyüm, unudulmaz anlar yaşadığım yerdir. Mən dərin minnətdarlıq və qürur hissi keçirirəm.
Mən bu klubu, bu şəhəri və bu bölgəni sevirəm. İçimdə heç vaxt sönməyəcək bir hiss var. Bu illər ərzində dəstəyiniz inanılmaz idi, ürəkdən təşəkkür edirəm. Paltardəyişmə otağına mesaj: birlikdə uzun illər, birlikdə həyat, gülüş, mübarizə və hörmət üçün təşəkkür edirəm”, – qapıçı sosial medaiada yazıb.
Aut.az
