Azərbaycan futbolu

“Araz-Naxçıvan” “Qəbələ”yə qarşı

Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan” və “Qəbələ” bu gün yoxlama oyununda üz-üzə gələcək.

Aut.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək. Matç saat 15:00-da start götürəcək.

“Araz-Naxçıvan” daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. “Qəbələ” isə “Kəpəz”i 3:1 hesabı ilə üstələyib.