Azərbaycan futbolu

“Xankəndi” hücumçusu ilə yollarını ayırdı

2-ci Liqa təmsilçisi “Xankəndi” futbolçusu Sərxan Ağayevlə yollarını ayırıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbaut xidməti məlumat yayıb.

33 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Xankəndi” turnir cədvəlində hazırda 39 xalla ikincidir.