Azərbaycan futbolu

AFFA Santuşu bu tarixdə təqdim edəcək

Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasiminin vaxtı müəyyənləşib.

Aut.az xəbər verir ki, tədbir iyunun 13-də “Hilton” hoteldə təşkil olunacaq və saat 12:00-da başlayacaq.

Eyni zamanda, 69 yaşlı mütəxəssisin mətbuat konfransı da baş tutacaq.

Qeyd edək ki, AFFA Santuşla 4 illik anlaşıb.