Türkiyə

“Trabzonspor” bu transferi həll etdi: 3 milyon avroya

“Trabzonspor” klubu 2023/24 mövsümünü icarə əsasında İspaniya “Valensiya”sında keçirən 28 yaşlı ukraynalı hücumçu Roman Yaremçukun təzminat məbləği ilə bağlı “Brügge” ilə razılaşıb.

Aut.az xəbər verir ki, Yaremçuk “Brügge” klubunun məşqçilər korpusunun növbəti mövsüm üçün planlarına daxil deyil və klub yeni hücumçu axtarır. Bu səbəbdən belçikalılar “Trabzonspor”un 3 milyon avroluq təklifini qəbul ediblər.

Bununla belə, yaxın gələcəkdə transfer qətiliklə yekunlaşmayacaq, çünki Yaremçuk Ukrayna millisinin tərkibində iştirak edəcəyi Avro 2024-ün final hissəsi başa çatana qədər heç bir qərarı vermək istəmir.

Xatırladaq ki, 2022-ci ilin avqustunda “Brügge” Yaremçuku “Benfika”dan 17 milyon avroya alıb. Forvard Belçika klubunda cəmi 1 mövsüm keçirib, 32 oyuna çıxıb (6 qol, 3 məhsuldar ötürmə).

Aut.az