“Fənərbağça” “Yunayted”in vingeri ilə anlaşdı
“Mançester Yunayted”in vingeri Ceydon Sanço “Fənərbağça”nın müqavilə təklifini qəbul edib.
Aut.az xəbər verir ki, bu barədə “Sabah Spor” məlumat yayıb.
İngilis futbolçu ildə 10 milyon avro qazanacaq. “Mançester Yunayted”lə hələ danışıqlara girməyən türk klubu müqaviləni uğurla başa vuracağına ümid edir.
Mançester klubu da 12 milyon avro maaşı maliyyə hesabatlarına təsir edən Sançonu satmaqda maraqlıdır. Daha əvvəl “Napoli” və “Yuventus”un futbolçu ilə danışıqlar apardığı bildirilirdi.
Cinah oyunçusu ötən mövsümü icarə əsasında “Çelsi”də keçirib.
Aut.az
