İspaniya

“Barselona” yeni transferini rəsmən açıqladı

“Barselona” “Əl-Hilal”dan sağ cinah müdafiəçisi Joao Kanselunu icarə əsasında transfer etdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, portuqaliyalı futbolçu Kataloniya klubunda 2025/26 mövsümünün sonuna qədər çıxış edəcək. O, 2 nömrəli formanı seçib.

Cari mövsümdə 31 yaşlı Kanselu “Əl-Hilal”üçün 6 matç keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçu əvvəllər 2023/24 mövsümündə də «Barselona»da çıxış edib.

Aut.az