Basketbol

SSRİ-nin əfsanəsi öldü

Latviya basketbolçusu və SSRİ yığmasının heyətində ikiqat Olimpiya çempionu Ulyana Semyonova 74 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Latviya Basketbol Assosiasiyası məlumat yayıb.

Nekroloqda deyilir: “74 yaşında əfsanəvi basketbolçu Ulyana Semyonova yuxuya getdi və bir daha oyanmadı”.

Semyonova 9 mart 1952-ci ildə Latviyada anadan olub. O, 1970-ci və 1980-ci illərdə SSRi yığmasının aparıcı ulduzu və 2,13 metr boyu ilə tarixin ən uzunboy basketbolçularından biri olub.

İdmançı 1976-cı ildə Monreal və 1980-ci ildə Moskva Olimpiadasının qalibi olub. O, həmçinin on dəfə Avropa çempionu olub. Semyonovanın məşqçisi olduğu SSRİ komandası həmçinin 1971, 1975 və 1983-cü illərdə üç dəfə dünya çempionu titulunu qazanıb.

Aut.az