Azərbaycan klubunda yeni oyunçu
Azərbaycan Basketbol Liqasında çıxış edəcək “Ordu” yeni basketbolçu ilə anlaşıb.
Aut.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Elşad Şirzadovla müqavilə imzalanıb.
Oyunçu 2025/2026 mövsümünün sonunadək komandada çıxış edəcək.
