Vəli Qasımov sabiq klubuna “Qarabağ”ı nümunə göstərdi
Moskva “Dinamo”sunun sabiq futbolçusu Vəli Qasımov klubdakı vəziyyətdən danışıb.
“Dinamo” Rusiya çempionatının turnir cədvəlində 9-cu yerdədir.
Aut.az xəbər verir ki, Qasumov “Championat”ın müxbiri Nikolay Baranovla söhbətində bu haqda danışıb.
“Düzünü desəm, dəqiq deyə bilmərəm. Ola bilsin ki, “Dinamo”da görülən işlərdə səhv var. Komandanın işlədiyi sistemə uyğun oyunçuları cəlb etmək çox vacibdir.
Bir çox klublar komandanın oyununa uyğun gəlməyən oyunçular gətirir. Dəyişikliklər – bəziləri gəlir, bəziləri gedir – təbii ki, nəticə vermir. “Qarabağ”ı götürsəniz, görərsiniz ki, az sayda futbolçu gəlib-gedir. Bu, klubun düzgün işləməsindən xəbər verir.
Mən Karpinə salam demək və ona uğurlar arzulamaq istəyirəm. O, təcrübəli məşqçidir və işini bilir. “Dinamo”nun hazırkı problemlərinin səbəbinin nə olduğunu konkret izah etmək çətindir, – Qasımov deyib.
Aut.az
