İngiltərə

“Siti”yə keçdiyinə görə peşman olub?

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma PSJ-dən “şəhərlilər”ə keçdiyinə görə peşman olub-olmadığını cavablandırıb.

Aut.az xəbər verir ki, “Mançester Siti”nin mətbuat xidməti Donnarummanın sözlərini sitat gətirib:

“Buraya gəlmək istəyirdim, çünki hamı “Mançester Siti” haqqında çox xoş sözlər deyirdi. Həqiqət budur ki, mən burada gözəl bir ailə tapdım və çox, çox xoşbəxtəm. Burada əsl ailə ab-havası var.

“Siti”dən güclü maraq hiss etdim və məni cəlb edən də elə bu idi. Pep Qvardiola kimi yüksək səviyyəli məşqçinin məni bu qədər istəməsi qürur mənbəyidir! “Mançester Siti”nin – bu böyük ailənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm və qürur duyuram”.

Aut.az