İngiltərə

Qvardiola ona heyrandır

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 15-ci turunun oyunu öncəsi ” Aston Villa”nın baş məşqçisi Unay Emeri haqda danışıb.

“Bu, bir faktdır ki, onun rəhbərlik etdiyi bütün komandalara təsiri var. Onun izi göz qabağındadır. Komandalar hər aspektdə daha da yaxşılaşır: nəticələr, oyunçular, yüksək pressinq nəzarəti, dərinlik və keçidlər – bu müstəsnadır. Emeriyə böyük heyranlığım var.

“Aston Villa”nı məğlub etmək həmişə çətindir. Xüsusilə evdə çox yaxşıdırlar. Biz bunu əvvəllər də bilirdik, indi də bilirik”, – deyə Qvardiola “Mançester Siti”nin rəsmi saytına bildirib.

Aut.az