“Onunla birlikdə çıxış etmək ən pis işdir”
“Red Bull”un sabiq pilotu, meksikalı Serxio Peres maraqlı açıqlama verib.
Aut.az xəbə verir ki, o, Avstriya komandasındakı çıxışının çətinlikləri barədə danışıb.
“Mən ən yaxşı komandada idim, amma bu, eyni zamanda çox çətin komandadır. Maks Ferstappenlə komanda yoldaşı olmaq asan deyil, amma onunla birlikdə məhz “Red Bull”da çıxış etmək “Formula-1”-də ən pis işdir.
Mən “Red Bull”a gedəndə nəyə razılaşdığımı bilirdim. Kristian Hornerlə görüşəndə o mənə dedi ki, bizim iki maşınımız olacaq, çünki bu tələb olunur, amma bu layihə Maks üçün qurulub, o bizim əsas istedadımızdır. Mən bunu tam şəkildə anlayırdım”.
Aut.az
