Dünya cempionatı

KDÇ-2029 bu ölkədə keçirilə bilər: Əsas namizəddir

Mərakeş 2029-cu ildə klublararası dünya çempionatına ev sahibliyi etmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.

Aut.az xəbər verir ki, bu barədə yerli “Le Desk” nəşri məlumat yayıb.

Hazırda Mərakeş 2025-ci il Afrika Millətlər Kubokuna ev sahibliyi edir ki, bu da ölkənin beynəlxalq futbol səhnəsində mövqeyini daha da gücləndirir.

Məlumata görə, FİFA hələlik yekun qərar verməyib, lakin təqdim olunan təklif qurum daxilində ciddi dəstək qazanmağa başlayıb.

Qeyd edək ki, klublararası dünya çempionatının Mərakeşdə keçirilməsi 2030-cu il dünya çempionatından cəmi bir il əvvəl baş tuta bilər. Mərakeş həmin mundiala İspaniya və Portuqaliya ilə birgə ev sahibliyi edəcək. Bu addım Mərakeşin dünya futbolundakı artan nüfuzunu bir daha təsdiqləmiş olacaq.

Xatırladaq ki, son klublararası dünya çempionatı yeni formatda ABŞ-də təşkil olunub və turnirin qalibi “Çelsi” olub.

Aut.az