İnfantino İran yığması ilə bağlı şad xəbəri çatdırdı: Xoşbəxtəm
FİFA prezidenti Canni İnfantino İranın 2026-cı il Dünya Kubokunda iştirak edəcəyini və oyunlarını planlaşdırıldığı kimi ABŞ-da keçirəcəyini bildirib.
Aut.az xəbər verir ki, İnfantino bu barədə AFP-yə bildirib:
“İran Dünya Kubokunda olacaq. Biz çox xoşbəxtik, çünki onlar çox, çox güclü komandadır. Mən xoşbəxtəm. Komandanı gördüm, oyunçular və məşqçi ilə danışdım, ona görə də hər şey qaydasındadır.
İran milli komandasının oyunları püşkatmaya əsasən planlaşdırılan yerdə oynanılacaq”.
Aut.az
