Kanada və Meksika ilə “vuruşan” Tramp DÇ-2026 haqda: Həyəcanlandırır
Donald Tramp Kanada və Meksika ilə yaşanan gərginlik fonunda DÇ-2026 haqda danışıb.
Turnir ABŞ, Kanada və Meksikada 48 komandanın iştirakı ilə keçiriləcək.
Aut.az xəbər verir ki, Tramp bu barədə mətbuata müsahibəsində deyib.
“Düşünürəm ki, bu, onu daha da həyəcanlandırır. Gərginlik yaxşıdır”, – Kanadanın ABŞ-ın 51-ci ştatı olmasını təklif edən Tramp deyib.
ABŞ prezidenti həmçinin Meksika və Kanadadan idxal edilən mallara 25 faizlik gömrük rüsumunun tətbiqini aprelin 2-dək təxirə salıb.
Aut.az
