Almaniya

Uzun müddət işsiz qalan məşhur məşqçi görün indi harada çalışır – FOTO

“Verder” və “Herta”nın sabiq baş məşqçisi Aleksandr Nuri “McDonald’s”da işə başlayıb.

Aut.az xəbər verir ki, bu barədə “Sport.de” məlumat yayıb.

Keçmiş futbol mütəxəssisi Şimali Reyn-Vestfaliyada iki fast food restoranının meneceri olub.

“Mən ora gedib “Bunun necə işlədiyini bilirəm” deməyəcəyəm. “Mən burada öyrənmək üçün gəlmişəm” – 46 yaşlı Nuri deyib.

Məlumata görə, Nuri bu vəzifəyə müraciət edib və digər məsələlərlə yanaşı, məşq zamanı özü də burger bişirib.

“Nəticə etibarilə, hər iki dünyanın məqsədi insanları bir araya gətirməkdir. Futbolda oyunçular, burada isə heyət vacibdir. Amma əsas prinsip eynidir: qarşınızda kimin oturduğunu, onları nəyin motivasiya etdiyini və nə etməli olduqlarını başa düşməlisiniz”, – deyə o, yeni rolu haqqında danışıb.

Nuri “Verder Bremen”in gənclər sisteminin yetirməsidir, lakin peşəkar olaraq yalnız aşağı divizionda çıxış edən Almaniya klublarında və MLS təmsilçisi “Sietl Saunders”də oynayıb.

2014-cü ildə o, “Verder”in U-23 komandasına rəhbərlik edib. Daha sonra o, Viktor Skripniki əvəz edərək Bremen təmsilçisinin əsas komandasının məşqçisi olub.

O, bu vəzifədə 13 ay çalışıb. Həmçinin “İnqolştadt”, “Herta” və Yunanıstanın “Kavala” komandalarında məşqçilik edib. O, 2022-ci ildən işsizdir.

Aut.az

Бывший наставник Вердера и Герты устроился на работу в McDonald's